İQTİSADİYYAT


Bakıda “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu keçirilir

İyunun 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu (“MAINTECH-2019”) keçirilir.

AZƏRTAC xəbər verir ki, çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə forumun keçirilməsində məqsədin innovativ, texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması, onların ixracına dəstəkdən ibarət olduğunu deyib.