İQTİSADİYYAT


Özünüməşğulluq proqramı Balakən rayonunda da uğurla icra olunur

Bu gün ölkəmizdə sosial cəhətdən həssas qrupların, işsiz və işaxtaran vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindəndir. Aztəminatlı ailələrin kiçik təsərrüfatlara malik olmaları və bununla da gəlirlərinin artırmaq imkanlarına yiyələnmələri üçün dövlət tərəfindən mühüm layihələr həyata keçirilir, dəstək göstərilir.