İQTİSADİYYAT


Masallıda 38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işləri yekunlaşır

Masallı rayonunda 16 kilometrlik Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. IV texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrədək genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.