İQTİSADİYYAT


İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

İmişli rayonu ərazisində Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, sözügedən yolun uzunluğu 14,3 kilometr olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin 21,7 kilometrlik IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.