Qubanın alma bağlarında bu ilin ilk məhsulu yığılır
03.07.2019 [12:38]
Xəbərin mətni
Qubalı bağbanlar iyulun ilk günlərindən başlayaraq tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hələlik “Papirovka” sortu alma yığılır. Bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq.
Bağbanlar avqustdan etibarən alma bağlarında “Slava pobeditelyam”, “Melba”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarını yığacaqlar. Bu sortların məhsulunun toplanması avqustun sonunadək başa çatdırılacaq.