RƏSMİ


Prezident İlham Əliyev “Baker Hughes, a GE company” şirkətinin rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Baker Hughes, a GE company” şirkətinin sədri, prezidenti və Baş icraçı direktoru Lorenzo Simonellini qəbul edib. AZƏRTAC xəbər verir ki, qəbula görə minnətdarlığını bildirən Lorenzo Simonelli Prezident İlham Əliyevlə görüşdən məmnun olduğunu vurğuladı. O, Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi və ölkəmizdə neft və qaz sənayesi, turizm, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin önəmini qeyd etdi.