İQTİSADİYYAT


Quba “ABAD Factory” İstehsalat Kompleksində ləziz kolbasalar hazırlanır

Ağasıyevlər ailəsi Quba “ABAD Factory” İstehsalat Kompleksində ləziz “Doktorskaya” və “Lyubitelskaya” kolbasaları hazırlayır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq yeddi aydır kolbasa istehsalı ilə məşğul olan ailə gün ərzində 100 kiloqram məhsul hazırlamaq imkanına malikdir.

Sifariş əsasında istehsal olunan kolbasalar “ABAD” bakaleyalarında və paytaxtın bir çox marketlərində satışa çıxarılır.