Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının illik sessiyasının işində iştirak edir
04.07.2019 [15:04]
Lüksemburqda Avropa Yığıncaqlar Mərkəzinin (European Convention Center) binasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası işə başlayır. Sessiyada Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi iştirak edir.
AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Respublikasını Milli Məclisin sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə ölkəmizin qanunverici orqanının nümayəndə heyəti təmsil edir. Budəfəki illik sessiya “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusuna həsr edilib.