SİYASƏT


ATƏT PA-nın sessiyasında qətnamə layihəsindəki “erməni soyqırımı” maddəsi yersiz adlandırılıb

Lüksemburqda keçirilən ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında sıxış edən rusiyalı deputat Aleksey Kornienko məruzəçi və sənədin müəllifi, Kiprdən olan deputat Kiriakos Hadjiyanninin təklif etdiyi qətnamə layihəsini tənqid edib. O, sənədin layihəsinə daxil edilmiş “erməni soyqırımı” maddəsini “yersiz” adlandırıb.