Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azay Quliyev: ATƏT məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi prinsiplərin dəstəklənməsindən məmnunuq

08.07.2019 [10:23]

Xəbərin mətni

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev Assambleyanın Lüksemburqda keçirilən yekun plenar iclasında çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvü öz çıxışında ATƏT-in Vankuverdən Vladivostoka qədər uzanan məkanında təhlükəsizlik, əməkdaşlıq və sülh kimi əsas prinsip və dəyərlərin Assambleya tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edib.