SİYASƏT


Milli Məclisin vitse-spikeri ATƏT PA-nın yekun plenar iclasında çıxış edib

Lüksemburqda ATƏT Parlament Assambleyasının yekun plenar iclası davam edir. AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova iclasda çıxış edib. ATƏT məkanında təhlükəsizliklə əlaqədar problemlərin həlli yollarının tezliklə işlənib hazırlanması zərurətinə diqqəti cəlb edən B.Muradova vurğulayıb ki, belə problemlərdən biri də dondurulmuş münaqişələr, qaçqınlar və məcburi köçkünlər problemidir.