Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT PA-nın sədri Azərbaycana səfərindən danışıb

04.07.2019 [21:58]

Xəbərin mətni

Lüksemburqda keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində təşkilatın Daimi Komitəsinin iclası davam edir. ATƏT PA-nın sədri Georgi Tsereteli özünün hesabat məruzəsində ATƏT-ə üzv dövlətlərə, o cümlədən Azərbaycana səfərindən danışıb. AZƏRTAC-ın xəbər verdiyi kimi, hazırkı Assambleyanın işində Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi ölkəmizin qanunverici orqanının nümayəndə heyəti iştirak edir.