MƏDƏNİYYƏT


Belçikalı turistlər: Azərbaycana səyahət etməklə düzgün seçim etdik

İndi Avropanın əksər ölkələrinin vətəndaşları Cənubi Qafqazın qüdrətli və lider dövləti olan Azərbaycana səyahət edib, ölkəmizin tarixi, mədəniyyəti və kulinariyası ilə yaxından tanış olmaq arzusundadır. Buna Avropanın şimal-qərbində yerləşən Belçikanı misal gətirə bilərik. AZƏRTAC xəbər verir ki, artıq üç gündür Azərbaycana səfər edən beş belçikalı turist tələbə dağ, meşə və dənizdə istirahət etmək üçün ölkəmizin cənubuna üz tutub. İki gündür Lənkəranda olan turistlər burada eşitdiklərindən də artıq xoş təəssüratla qarşılaşıblar.