İDMAN


Media nümayəndələri Atletlər Kəndində yaradılan şəraitlə tanış olublar

İyulun 22-də media nümayəndələri "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalının iştirakçılarının qaldıqları Atletlər Kəndində yaradılan şəraitlə tanış olublar. AZƏRTAC xəbər verir ki, KİV nümayəndələrinə Atletlər Kəndi barədə ətraflı məlumat verilib. Bildirilib ki, buradakı 13 binadan 6-sı Avropa Gənclər Olimpiya Festivalı (EYOF) üçün ayrılıb. Atletlər Kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb.