İDMAN


XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə yarışlara start verilib

XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə yarışlara start verilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə fərdi şose yürüşündə (10 km) qızların yarışı başlayıb. Azərbaycanı Lalə Əbdürrəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil edirlər. Qeyd edək ki, velosiped idmanı üzrə yarışlarda 95 oğlan və 75 qız fərdi şose yürüşündə və velokrossda yarışırlar.