CƏMİYYƏT


Lerikdə əmisi oğlunun avtomobilini oğurlayan şəxs yaxalanıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon sakini Ramin Şahiyev mülkiyyətində olan 43-BB-745 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobilin naməlum şəxs tərəfindən evinin həyətindən oğurlandığı barədə Lerik Rayon Polis Şöbəsinə məlumat verib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin avtomobil sahibinin əmisi oğlu, əvvəllər məhkum olunmuş Elməddin Şahıyev tərəfindən törədildiyi müəyyənləşdirilib. Həmin şəxs Lerik Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 6-cı tağımının əməkdaşları tərəfindən qaçırdığı avtomobillə birgə paytaxtın Qaradağ rayonunda saxlanılıb.