MƏDƏNİYYƏT


Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Sönmüş talelər” tamaşası ilə başlayıb

Yazıçı Rafiq Rəhimlinin əsəri əsasında hazırlanan tamaşada bəşəriyyəti məhvə sürükləyən narkotikin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.
Səhnə əsərlərinin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.