MƏDƏNİYYƏT


“Əbədi ezamiyyət” filmi Çində beynəlxalq sərgidə nümayiş olunub

Pekində 16-cı Çin Beynəlxalq Film və Televiziya Proqramları sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük media təsisatlarından olan “China Media Group” və Çin Beynəlxalq Televiziya Korporasiyasının təşkilatçılığı ilə keçirilən sərgi müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlığın qurulmasına və genişlənməsinə dəstək vermək, habelə media və filmlər vasitəsilə ölkələrin turizm potensialının tanıdılması məqsədi daşıyıb.