MƏDƏNİYYƏT
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23.09.2019 [14:09]
Xəbərin mətni
Azərbaycan Turizm Bürosu və Çinin tanınmış onlayn səyahət platformaları olan "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, xaricə səyahət edən turistlərin sayına görə dünyada birinci yerdə olan Çindən ölkəmizə səfər edənlərin sayının artırılması istiqamətində ardıcıl işlər aparılır. Bu baxımdan Çinin əsas turizm və sayəhətlərin təşkili üzrə ixtisaslaşan nüfuzlu şirkətləri ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Azərbaycan Turizm Bürosu ilə "Ctrip.com İnternational Ltd" və "Qyer" arasında imzalanan əməkdaşlığa dair anlaşma memorandumları iki ölkə arasında turizm sahəsində əlaqələrə müsbət təsir edəcək.