MƏDƏNİYYƏT


"Pekin EKSPO 2019" botanika sərgisi başa çatıb

Çinin paytaxtında "Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilmiş beynəlxalq botanika sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, aprelin 29-da işə başlayan, ümumilikdə 110 dövlətin və beynəlxalq təşkilatın iştirak etdiyi “Pekin EKSPO 2019” beynəlxalq botanika sərgisi müxtəlif ölkələrin bağçılıq, gülçülük, meyvə və tərəvəz yetişdirilməsi sahələrində nailiyyətlərini, habelə milli mədəniyyətlərini nümayiş etdirmək məqsədi daşıyıb. Ümumi sahəsi 503 hektar olan sərgini 162 gün ərzində 9,34 milyon nəfər ziyarət edib. "Pekin EKSPO 2019" sahəsi böyüklüyünə, iştirakçıların və ziyarətçilərin sayına görə indiyədək keçirilmiş ən böyük botanika sərgisi kimi tarixə düşüb.