MƏDƏNİYYƏT


ABŞ-ın Azərbaycan icmasının nümayəndələri Xalq şairi Ramiz Rövşənlə görüşüblər

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir fəlsəfi şeirimizin görkəmli nümayəndəsi, Xalq şairi Ramiz Rövşənlə virtual görüş keçirilib. Ticarət Palatasının Vaşinqton şəhərində yerləşən inzibati binasında baş tutan görüşə paytaxtda və ətraf ştatlarda yaşayan soydaşlarımızla yanaşı, Meyn, Nyu-York, Nyu-Cersi və Texas ştatlarında yaşayan azərbaycanlılar da qatılıblar.