Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilib

17.10.2019 [11:45]

Xəbərin mətni

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone, Azərbaycan Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hess Nəsimi dühasından söz açıblar. İmadəddin Nəsiminin Şərq və Qərb xalqlarının mədəni sərvətləri xəzinəsində özünəməxsus layiqli yerindən danışılıb. Bildirilib ki, İmadəddin Nəsimi dünya ədəbiyyatının fəlsəfi aləminə öz möhürünü vurub.