MƏDƏNİYYƏT


Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi

Müstəqillik hər bir dövlətin, hər bir xalqın həyatında vacib amildir. Müstəqilliyinin 28-ci ilini yaşayan Azərbaycanın dövlət müstəqilliyinə həsr olunan konsertdə on minlərlə insan bir araya gələrək bu bayramın sevincini birlikdə qeyd etdi.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan konsertdə estrada ulduzları, gənclərin sevimli müğənniləri - Murad Arif, Röya, Miri Yusif, EMİN, Ellai, Elman, BahhTee hit mahnılarını səsləndirdilər. “Natiq” ritm qrupu və “Mirvari” rəqs qrupunun “Qarabağ” kompozisiyası ilə başlayan konsert “Azərbaycanım” mahnısı ilə başa çatdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır