MƏDƏNİYYƏT


“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr edilən Qazaxıstanın tanınmış dövlət və ictimai xadimi, türkoloq, alim və ədəbiyyatşünas Mırzatay Joldasbekovun “Qorqud ata” və “Böyük Çöl ədəbiyyatı” kitablarının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə “Kitabi Dədə Qorqud” dastanın Drezden nüsxəsinin qazax dilinə tərcüməsinin təqdimatı da keçirilib.