MƏDƏNİYYƏT


Xaçmazda türk yazarların əsərlərindən ibarət kitab təqdim olunub

Xaçmazda Türkiyədən olan gənc şair və yazarların əsərlərindən ibarət “Fəthiyədən Bakıya könül körpüsü” adlı kitabı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində keçirilən mərasimdə Türkiyədən gələn 30-a yaxın şair və yazıçılar, Azərbaycanın şimal bölgəsinin tanınmış şairləri, mədəniyyət işçiləri və kitab həvəskarları iştirak edib.