Cəlilabadda yeni maddi-mədəniyyət nümunələri aşkar edilib
25.10.2019 [17:00]
Xəbərin mətni
Cəlilabadda şum işləri aparılarkən torpağın altından qədim dövrə aid yeni maddi-mədəniyyət nümunələri üzə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aşkar edilmiş maddi-mədəniyyət nümunələri Cəlilabad rayonunun Edişə kənd sakini İlham Əliyevə məxsus həyətyanı sahəsinin şümlanması zamanı tapılıb.