Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində xeyriyyə yarmarkasında təmsil olunub

28.10.2019 [18:19]

Xəbərin mətni

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Pekində keçirilən ənənəvi “Sevgi sərhəd tanımır” adlı xeyriyyə yarmarkasında təmsil olunub.
AZƏRTAC xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin və Yoxsulluqla Mübarizə Fondunun təşkil etdiyi tədbir müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, mətbəx nümunələrinin, məhsul və malların satışından əldə olunan gəlirin Çində həyata keçirilən humanitar layihələrə yönəldilməsi ilə maddi dəstək məqsədi daşıyıb.