Moskvada “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda konfrans keçirilib
01.11.2019 [17:25]
Xəbərin mətni
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Rusiya Elmlər Akademiyasında “Nəsimi poeziyası - insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.