MƏDƏNİYYƏT


Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb. Bildirib ki, respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib.