MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti olacaq

Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica Viva” Moskva Kamera Orkestrinin konserti keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert proqramında dünya şöhrətli bəstəkarlar V.A.Motsart, İ.S.Bax, A.Arenski və D.Şostakoviçin əsərləri ifa olunacaq.
Orkestrin bədii rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış edəcəklər.