MƏDƏNİYYƏT


Azərbaycanın turizm təbliğatı videoçarxı Qran-Pri ilə mükafatlandırılıb

Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CIFFT) tərəfindən keçirilən müsabiqədə Azərbaycanın tanıtım videoçarxı “İnsanların seçimi” nominasiyasının əsas mükafatı olan Qran-Pri mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, 140 ölkənin qatıldığı müsabiqənin nəticələri Avstriyanın paytaxtı Vyanada baş tutan mükafatlandırma mərasimində açıqlanıb.