CƏMİYYƏT


AZƏRTAC-ın kollektivi Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 min ağac əkilməsi tədbirində AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşları da yaxından iştirak edib.