SİYASƏT


AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində təşkilatın mənzil-qərargahında “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunan konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında daimi nümayəndəliyimiz tərəfindən birgə təşkil edilən tədbirdə AŞPA-nın üzvləri, diplomatik korpusun, Avropa Şurası katibliyinin, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.