MƏDƏNİYYƏT


Xocalı soyqırımının ildönümü ilə əlaqədar İstanbulda fotosərgi təşkil edilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar İstanbul Şəhər Metrosunun “Yenikapı” stansiyasında fotosərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, fevralın 24-dən 26-dək davam edəcək sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşəbbüsü, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşdırılıb. Burada Xocalı qətliamının dəhşətlərini əks etdirən fotolar nümayiş olunur.