MƏDƏNİYYƏT


Yevlaxda "Sonsuz dəhliz" filmi nümayiş olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hazırlanan və Xocalı qətliamının qurbanlarına ithaf olunan, bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi Yevlaxda nümayiş etdirilib. Yevlax Xalq Teatrında nümayiş olunan filmi ictimaiyyət nümayəndələri və məktəblilər izləyiblər.