MƏDƏNİYYƏT


Misirli kinematoqrafçılar Xocalıdan bəhs edən sənədli film çəkib

“SOİC” kinematoqrafiya şirkəti müsəlman aləmində ilk dəfə öz vəsaiti və təşəbbüsü ilə Azərbaycanın və İslam dünyasının, habelə bəşəriyyətin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı haqqında sənədli film lentə alıb. “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı ekran əsərinin ölkəmizin Misirdəki səfirliyində təqdimatından sonra sosial şəbəkələrdə də yerləşdirilən treyler Misirdə böyük marağa səbəb olub.