Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlıdan olan fermerlər bu il örtükaltı bostan əkininə üstünlük verirlər

30.03.2020 [13:16]

Xəbərin mətni

Bu il Saatlıda örtükaltı bostan əkini üstünlük təşkil edir. Fermerlər bu üsulla yemiş və qarpız əkini aparırlar.
AZƏRTAC xəbər verir ki, yaz-tarla işləri çərçivəsində Saatlıda bostan məhsullarının toxumları əkilir. Bu il təsərüfat sahibləri əsasən polietilen örtük altında əkin növündən geniş istifadə edir. Polietilen örtük altında əkin aprel ayına qədər yekunlaşır. Örtük məhsulun daha tez yetişməsinə və sahədə əl əməyinin azalmasına kömək edir.