Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polisə müraciət edən şəxslər ilkin yoxlamadan sonra inzibati binalara buraxılırlar

02.04.2020 [13:04]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyə edilir. Bu məqsədlə polis idarə, şöbə və bölmələrində də mütəmadi olaraq müvafiq qaydada dezinfeksiya işləri görülür. Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.