Aptekdən telefon oğurlayan şəxs yaxalanıb
02.04.2020 [15:14]
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində apteklərdən birində satıcı işləyən qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin “LG” markalı mobil telefonunu götürüb hadisə yerindən yayınıb. Əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra metronun 20 Yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə 35 manata satdığını bildirib.