İQTİSADİYYAT


“Evdə qalmaq, heç də işsiz qalmaq demək deyil” - tovuzlu fermer REPORTAJ

Koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə tovuzlu fermer Sahib Qasımov öz həyətindəki kiçik təsərrüfatına qulluq göstərməklə məşğuldur.
AZƏRTAC xəbər verir ki, Tovuzun Alakol kəndində yaşayan fermerin sözlərinə görə, “Evdə darıxdım”, “Nə qədər evdə oturmaq olar” kimi sözlər son günlər karantin rejimini pozanların çoxunun dilə gətirdiyi bəhanələrdir. Lakin hər bir insan elə evdə də özünə səmərəli məşğuliyyət tapa bilər. Təbii ki, kənd sakinləri üçün şəhərdə yaşayanlardan fərqli olaraq, məşğuliyyət üçün həyət-bacada xeyli iş var. Bunu isə gəlirə çevirmək lazımdır.