Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qubanın Dəvədabanı yaşayış massivinin yolu yenidən qurulub

14.04.2020 [12:30]

Xəbərin mətni

Yenidənqurma işləri burada yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək. Bundan əvvəl əsaslı təmir edilmədiyindən yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdi. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirirdi. Bundan başqa küçənin səki hissələrinin yararsız olması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırdı.