Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçalalı fermerlər çiyid səpininə hazırlaşırlar

14.04.2020 [15:51]

Xəbərin mətni

Hazırda sahələrdə yazlıq əkin işləri ilə məşğul olan fermerlər yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə çalışırlar. Neftçalalı fermerlər də ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, yaz-tarla işləri ilə məşğuldurlar.