İQTİSADİYYAT


Masazır-Novxanı yolunun 2,5 kilometrlik hissəsi yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınmadan və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilib.