İQTİSADİYYAT


Goranboy rayonunda cəbhəyanı kəndlərin yolları yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Goranboy rayonunun Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, agentlik tərəfindən yenidənqurma işlərinə başlanılıb. 31 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi 2 istiqamət üzrə aparılır - cəbhəyanı yaşayış məntəqəsi olan Tap Qaraqoyunlu kəndinə qədər və Xan Qərvənd kəndini əhatə edən istiqamət.