Azərbaycan Dövlət İnformasiya Agentliyi

SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb

11.05.2020 [20:00]

Xəbərin mətni

Dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış Ukraynanın baxımlı “Железные магистрали” ( Dəmir magistrallar) “YouTube” kanalı növbəti videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edib. AZƏRTAC xəbər verir ki, izləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edən kanalın müəllifi Oleq Vasilyev Sovet İttifaqında birinci elektrik qatarının Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlamasından geniş bəhs edib.