Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzlu fermer hər il yeni məhsuldar kartof sortlarını əkib təcrübədən keçirir

18.05.2020 [18:06]

Xəbərin mətni

Hazırda kartof sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır. Bundan sonra isə mərhələli şəkildə suvarma işləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Tovuzda bir çox fermer bu sahədə kifayət qədər təcrübə qazanaraq, kartofçuluğu inkişaf etdirir. Qırx ildən çoxdur kənd təsərrüfatı ilə məşğul olan Atakişi İmaməliyev bu sahədə yeni olanlarla öz təcrübəsini paylaşır. Fermer hər il bir hektardan 35-40 ton məhsul götürür.