Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtərli arıçı bir pətəkdə iki və daha artıq ana arı saxlamaqla yeniliyə imza atıb

01.06.2020 [12:56]

Xəbərin mətni

Tərtər rayonundan olan arıçı Bəkir Ağayev də beynəlxalq təcrübədən yararlanaraq bir pətəkdə iki və daha çox ana arı saxlamaqla ölkəmizdə yeniliyə imza atıb. Kanada təcrübəsinə əsaslanan arıçı AZƏRTAC-a müsahibəsində çoxanalı pətəyin üstünlükləri barədə danışıb. O, yeni üsulun tətbiqi sayəsində pətəkdə işçi arıların sayının artacağını, bunun isə məhsuldarlığa müsbət təsir göstərəcəyini deyib.