Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mayda bankların kredit portfeli 0,8 faiz artıb

01.06.2020 [17:52]

Xəbərin mətni

Ölkədə maliyyə sektorunda vəziyyət qənaətbəxşdir. Bu ilin əvvəlindən bankların kredit portfeli 2,8 faiz, may ayında isə 0,8 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov iyunun 1-də keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, hesabat dövründə ipoteka kreditləri 9,5 faiz artıb, istehlak kreditləri isə azalıb.