İQTİSADİYYAT


Cəlilabadlı fermerlər Rusiya bazarlarına hər gün təxminən 400-500 ton məhsul göndərirlər

Cəlilabadda kartofun kütləvi yığımı davam edir. Builki məhsuldarlıq fermerlərin ürəyincədir. Tədarük edilən kartofun hər gün təxminən 400-500 tonu Rusiya bazarlarına göndərilir.
AZƏRTAC xəbər verir ki, rayonda yazlıq məhsul üçün əkilən 5300 hektara yaxın kartof sahəsinin bu günədək 70 faizində yığım başa çatıb. Vegetasiya müddəti başa çatmayan sahələrdə isə son suvarma işləri görülür. Hazırda hər hektardan 27-28 ton kartof götürən fermerlər məhsuldarlıqdan razıdırlar.