İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Sahibkarlar Təşkilatı arasında onlayn görüş keçirilib

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Fransa-Azərbaycan Biznes Şurası və ölkəmizin Fransadakı səfirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq mövzusunda onlayn görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, “MEDEF International”ın icraçı direktoru Filip Gautier, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, “MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin direktoru Boqdan-Qaden-Firçak, Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, eləcə də hər iki ölkədən 34 şirkətin rəhbəri iştirak edib.